• HADİSƏ

    23:42 10 avqust 2019

Göyçayda baş vermiş ağır yol qəzasında ölən və xəsarət alanların adları məlum olub - FOTO - YENİLƏNİB-1

Göyçayda avtomobil qəzası zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Bığır kənd xəstəxanasının qarşısında iki "VAZ 21011" markalı minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri 1963-cü il təvəllüdlü Bulud Abışov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib, 1994-cü il təvəllüdlü Xəyal Məmmədov, 1993-cü il təvəllüdlü Tapdıq Azakov, 1983-cü il təvəllüdlü Şamo Nəbiyev isə ağır bədən xəsarətləri alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və Travmatologiya şöbələrinə yerləşdirilib.

Yol qəzası ilə bağlı istintaq araşdırmaları aparılır.

***

Saat 21:26

Göyçayda baş bermiş yol qəzası nəticəsində xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə xəstəxanadan bildirilib.

Hadisə zamanı xəsarət alan 4 nəfər xəstəxanaya çatdırılsa da, onlardan biri yolda keçinib.

Yaralıların və ölən şəxsin kimliyi dəqiqləşdirilir.

***

Saat 21:09

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, avtoqəza rayonun Bığır kəndində qeydə alınıb.

Bildirilir ki, kənd sakinləri Xəyal Məmmədov və Bulud Abışovun idarə etdiyi iki "VAZ 21011" markalı minik maşınlarının toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

Faktla bağlı araşdırmalara başlanılıb.

Şahnəzər

Teqlər:

SON XƏBƏRLƏR