• HADİSƏ

    11:43 12 iyul 2019

İmişlidə 1 yaşlı uşağı cərəyan vuraraq öldürüb

İmişli rayonunda 1 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Məmmədli kəndində qeydə alınıb.

2018-ci il təvəllüdlü Həşimova Aylin Rəvan qızı həyətdə yas mərasimi zamanı valideynlərinin nəzarətindən yayınıb, onu su nasosunun cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR