• HADİSƏ

    21:48 24 aprel 2020

İmişlidə avtomobil piyadanı vuraraq öldürüb

İmişlidə avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi bu gün axşam saatlarında İmişlinin Otuziki kəndi ərazisində baş verib.

Murquzalı kənd sakini, 1991-ci il təvəllüdlü Əliyev Şöhrət Ənvər oğlu yolu keçərkən “Reno” markalı avtomobil tərəfindən vurulub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Yaralı saat 21:00 radələrində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR