• HADİSƏ

    08:02 9 sentyabr 2019

İmişlidə FACİƏ: bir ailənin 5 üzvü suda boğuldu


İmişli rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.
APA -nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş
verib.
Bakı sakini, 1963-cü il təvəllüdlü Şamxalov İlqar Əliağa oğlunun idarə etdiyi “Opel Vectra” markalı 10 TN 845 dövlət nömrə nişanl minik avtomobili yoldan çıxaraq su kanalına aşıb.
Hadisə nəticəsində avtomobildə olan sürücü, İmişli sakinləri - sürücünün qardaşı - 1969-cu il təvəllüdlü Məmmədov Etibar Əliağa oğlu, onun həyat yoldaşı 1967-ci il təvəllüdlü
Məmmədova Mərziyyə Əmiraslan qızı, 1991-ci l Məmmədov Elnur Etibar oğlu və 1984-cü il təvəllüdlü Kərimova Afət Hüseyn qızı boğularaq ölüblər.
Faktla bağlı İmişli Polis Şöbəsində araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR