• HADİSƏ

    00:09 18 fevral 2021

İmişlidə qaz partlayışı nəticəsində 3 nəfər ağır xəsarət alıb

İmişli rayonunun Sarxanlı kəndində fərdi yaşayış evində qaz sızmasından partlayış baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində rayon sakinləri - 1961-ci il təvəllüdlü Atakişiyev Tahir Knyaz oğlu, 1963-cü il təvəllüdlü Atakişiyev Səfər Knyaz oğlu və 1960-cı il təvəllüdlü Atakişiyeva Ofeliya İdris qızı ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR