[color=red]İntihara cəhd:[/color] son anda xilas edildi
  • HADİSƏ

  • 08:29 30 Noyabr 2019

İntihara cəhd: son anda xilas edildi

 

Qax rayonunda intihara cəhd edən 21 yaşlı gənc son anda yaxınları tərəfindən xilas edilib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə noyabrın 29-u axşam saat 23 radələrində rayonun Marsan kəndində baş verib.

Kənd sakini, 1998-ci il təvəllüdlü Heydər Vaqif oğlu Əliyev intihar etmək məqsədi ilə özünü yaşadığı kəndin ərazisində ağacdan asıb. H.Əliyev son anda yaxınlarının köməkliyi ilə xilas edilib. 

O, Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Vüqar Heydərov

Teqlər:

OXŞAR XƏBƏRLƏR