İran-Azərbaycan sərhədini pozan şəxslərə atəş açılıb, 1 nəfər yaralanıb
  • HADİSƏ

  • 11:51 04 Aprel 2021

İran-Azərbaycan sərhədini pozan şəxslərə atəş açılıb, 1 nəfər yaralanıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən ONA-ya verilən məlumata görə, 2021-cu ilin 04 aprel tarixində saat 06:15 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadının “dayan” əmrini icra etməyərək geriyə qaçan sərhəd pozucularına qarşı “Azərbaycan Respublikasının dövlət sərhəd haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq edilmiş və onlardan biri yaralanıb. Digər sərhəd pozucusu hadisə yerindən qaçaraq müqabil əraziyə keçib.

Yaralı sərhəd pozucusuna dərhal ilkin tibbi yardım göstərilib və Füzuli rayonun Diaqnostika Mərkəzinə təxliyəsi təşkil olunub.

Hadisə yerində 2 bağlamada ümumi çəkisi 5,3 kq narkotikə bənzər maddələr aşkar olunub.

Hadisə ilə əlaqədar cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq hərəkələri həyata keçirilir.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR