• HADİSƏ

    18:13 18 iyul 2019

İraq XİN Ərbildə türkiyəli diplomatın öldürülməsini pisləyib

İraq Xarici İşlər Nazirliyi ötən gün Ərbildə Türkiyəli diplomatının öldürülməsini pisləyib.

“Anadolu” Agentliyinin xəbərin görə, İraq XİN-in yaydığı açıqlamada bildirilib ki, türkiyəli diplomatın öldürülməsi rəsmi Bağdad və Ankara arasında mövcud olan tarixi və strateji münasibətlərə təsir etməyəcək: “Türkiyənin Ərbildəki Baş konsulluğunun əməkdaşının ölümünə səbəb olan silahlı hücumu şiddətlə qınayırıq”.

Xatırladaq ki, ötən gün İraqın Ərbil şəhərində restorana silahlı hücum olub. Hücum nəticəsində Türkiyənin Ərbildəki Baş konsulluğunun bir əməkdaşı öldürülüb. Terror aktı zamanı bir İraq vətəndaşı da həyatını itirib, bir nəfər isə yaralanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR