• HADİSƏ

    13:19 1 mart 2020

İsmayıllıda evdə partlayış baş verib, bir ailənin 3 üzvü yanıq xəsarəti alıb - FOTO

İsmayıllı rayonunda evdə partlayış baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Quşencə kəndində qeydə alınıb.

Kənd sakini 1949-cu il təvəllüdlü Osmanlı Əli Əhliman oğluna məxsus mənzildə qaz sızması səbəbindən güclü partlayış baş verib. Hadisə zamanı ev yararsız hala düşüb. Ev sahibi Əli Osmanlı, həyat yoldaşı 1957-ci il təvəllüdlü Osmanlı Rəhimə Sahib qızı və 1995-ci il təvəllüdlü Osmanlı Tahir Əli oğlu ağır yanıq xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ər və arvadın vəziyyəti ağır olduğu üçün onlar müalicə üçün təcili olaraq Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər

Teqlər:

SON XƏBƏRLƏR