• HADİSƏ

    21:41 14 fevral 2020

İmişli rayonunda baş verən avtoqəzada bir nəfər ölüb, 2 nəfər xəsarət alıb

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Şahverdili kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində Bəhramtəpə qəsəbə sakini, 1974-cü il təvəllüdlü Həsənov Nizami Məhərrəm oğlu dünyasını dəyişib. Avtomobildə olan 14 yaşlı Məhəmməd adlı yeniyetmə ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib. Digər sərnişin 1996-cı il təvəllüdlü Məmmədov İbrahim Etibar oğlu yüngül xəsarət alaraq İmişli rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR