İmişlidə baş verən qəzada xəsarət alanların adları məlum olub - [color=red]FOTO[/color] - [color=red]YENİLƏNİB[/color]
  • HADİSƏ

  • 01:47 05 Dekabr 2020

İmişlidə baş verən qəzada xəsarət alanların adları məlum olub - FOTO - YENİLƏNİB

İmişlidə baş verən avtoqəzada bir ailənin 8 üzvü xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Şahverdili kəndində qeydə alınıb.

"QAZ-24" markalı avtomobil yağışlı havada “Shacman” markalı yük avtombili ilə toqquşub. Nəticədə minik avtomobilində olan İmişli rayonunun Qaragüvənlik kənd sakinləri - 1987-ci il təvəllüdlü Əliyev Pərviz Səftər oğlu, 1994-cü il təvəllüdlü Əliyeva Aygül Hilqət qızı, 2016-cı il təvəllüdlü Əliyev Sabir Pərviz oğlu, 2017-ci il təvəllüdlü Əliyev Hüseyn Müslüm oğlu, 1986-cı il təvəllüdlü Əliyeva Aytel Ağayar qızı, 1988-ci il təvəllüdlü Əliyev Müslüm Səftər oğlu, 1978-ci il təvəllüdlü Gülmalıyeva Zeynəb Məhyəddin qızı və 2003-cü il təvəllüdlü Gülmalıyev Fərhad Abdulla oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi  xəstəxanasına yerləşdirlib. 

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Saat 23:35

İmişlidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Şahverdilər kəndində qeydə alınıb.

Minik maşınlarının toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan xəstəxanasına və digər xəstəxanalara aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR