İmişlidə motosiklet kanala düşüb, sürücü ölüb
  • HADİSƏ

  • 21:57 18 Avqust 2020

İmişlidə motosiklet kanala düşüb, sürücü ölüb

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Qaralar kəndi ərazisində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vasif Məhiyyəddin oğlunun idarə etdiyi motosiklet yoldan çıxaraq kanala düşüb. Nəticədə sürücü hadisə yerində ölüb. Onun sərnişini - Qaralar kənd sakini, 1983-cü il təvəllüdlü Səmidxanov Qəqəni Miri oğlu Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Əlibəy Zeynallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR