• HADİSƏ

    23:19 20 dekabr 2020

İsmayıllıda gənc oğlan həmyaşıdını qətlə yetirib

İsmayıllı rayonunda qətl törədilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saatlarında İsmayıllı şəhər sakini 2002-ci il təvəllüdlü Məsimli Səxavət Sübhan oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Talıstan kənd sakini olan həmyaşıdı Musayev Fərid Mehdi oğlunu bıçaqlayıb.

Ürək nahiyəsindən xəsarət alan Fərid Musayev hadisə yerində dünyasını dəyişib. Qətli törədən Səxavət Məsimli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şahnəzər

Teqlər:

SON XƏBƏRLƏR