Lənkərançayda batan şəxsin meyiti çıxarılıb - [color=red]YENİLƏNİB[/color]
  • HADİSƏ

  • 21:09 15 İyun 2020

Lənkərançayda batan şəxsin meyiti çıxarılıb - YENİLƏNİB

Lənkərançay çayının Lənkəran şəhəri, Yuxarı Nüvədi kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2001-ci il təvəllüdlü Əliyev Elgün Asif oğlunun axtarışları başa çatıb.

APA FHN-ə istinadən xəbər verir ki, E.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Saat 20:16

Lənkərandaçayda bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, FHN-nin "112" qaynar telefon xəttinə, Lənkərançay çayının Lənkəran şəhəri, Yuxarı Nüvədi kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR