• İDMAN

    03:14 7 sentyabr 2020

Mahir Emreli millinin heyətindən kənarlaşdırılıb

Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının qrup mərhələsində sentyabrın 5-də keçirilmiş Azərbaycan - Lüksemburq oyununda qırmızı vərəqə alan Mahir Emreli heyətdən çıxarılıb.

O, millimizin sentyabrın 8-də Kipr yığması ilə keçiriləcək səfər oyununa yollanan heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, yığmamız Lüksemburqa 1:2 hesabı ilə uduzub.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR

SON XƏBƏRLƏR