• İDMAN

    15:09 8 dekabr 2019

Messi yeni rekord müəyyənləşdirib

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi La Liqanın cari mövsümündəki qol sayını 12-yə çatdırıb.

Apasport.az saytının məlumatına görə, argentinalı ardıcıl 14-cü mövsümdə çempionatda 10 və daha çox qol vurmağı bacarıb.

Bu, “Böyük beşlik”də ilkdir. İndiyədək İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransanın yüksək liqalarında heç bir futbolçu ardıcıl 14 mövsümdə bunu bacarmayıb.

32 yaşlı cənubi amerikalı bu rekordun tək sahibi kimi çox qalmaq ehtimalı yüksək deyil. Çünki portuqaliyalı Kriştianu Ronaldo 13 mövsüm 10 və daha artıq qol vurub. Cari çempionatda isə “Yuventus”un forvardı 7 dəfə fərqlənib. Daha üç qol vuracağı halda, o da L.Messiyə çatacaq.

Qeyd edək ki, argentinalı La Liqanın XVI turunun “Malyorka” ilə görüşündə (5:2) het-trikə imza ataraq qol sayını 12-yə yüksəldib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR