Neftçalada ata və oğlunun su kanalında batmasının səbəbi bilinib - [color=red]YENİLƏNİB-1[/color]
  • HADİSƏ

  • 21:27 06 Aprel 2020

Neftçalada ata və oğlunun su kanalında batmasının səbəbi bilinib - YENİLƏNİB-1

Neftçalada balıq tutan ata və 5 yaşlı oğlunun kollektorda boğulmasının səbəbi məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, soyuq havada balıq tutan ata 5 yaşlı uşağı soyuqdan qorumaq üçün avtomobildə otuzdurub. Bu zaman nəzarətsiz qalan azyaşlı avtomobili işə salıb və avtomobil irəliləyərək suya düşüb. Oğlunu xilas etmək istəyən ata suya atılıb və o da boğulub.

***

Saat 20:21

Neftçala rayonunun Astanlı kəndində, “Baş Mil-Muğan” kollektorunda batdığı ehtimal olunan 1989-cu il təvəllüdlü Əsgərov Nurlan Aslan oğlu və 2015-ci il təvəllüdlü Əsgərov Aslan Nurlan oğlunun axtarışları başa çatıb. 

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, hər iki şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Saat 18:02

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Neftçala rayonunun Astanlı kəndində 2 nəfərin su kanalına düşməsi barədə məlumat daxil olub. 

FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. 

Əlavə məlumat veriləcək.

Əlibəy Zeynallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR