• HADİSƏ

    23:14 30 iyul 2019

"NİVA" aşdı: ağır xəsarət alanlar var


Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “QAZel” markalı yük maşını “NİVA” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “NİVA” aşıb.
Qəza zamanı “NİVA”nın sürücüsü, 1985-ci il təvəllüdlü Göygöl rayon sakini Mövlayev Ramazan və avtomobildə olan bir nəfər sərnişin xəsarət alıb.
Hər ikisi xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyətinin orta-ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR