• HADİSƏ

    06:14 13 sentyabr 2020

Qobustanda "NİVA" dərəyə aşıb, 3 nəfər yaralanıb

Bakı-Şamaxı yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə sentyabrın 12-də gecə saat 23:50-də avtomobil yolunun 103-cü kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.

90-Fİ-817 dövlət nömrə nişanlı "NİVA" markalı minik avtomobili yoldan çıxaraq 20 metr hündürlükdən dərəyə aşıb.

Hadisə zamanı İsmayıllı və Bakı sakinləri olan gənclər - 1993-cü il təvəllüdlü Nəsirov Fərhad Faiq oğlu, 1991-ci il təvəllüdlü Hüseynov Elvin Hamlet oğlu və 1995-ci il təvəllüdlü Bağırov Əbil Gülasət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR