• HADİSƏ

    06:20 17 iyul 2020

Sabirabadda baltalanma hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub - YENİLƏNİB

Sabirabad rayonunun Kürkədi kəndində baltalanma hadisəsi mağazalardan birində baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Yolçubəyli kənd sakini, 1982-ci il təvəllüdlü Məmmədov Fuad Abusalam oğlu qohumu tərəfindən başından baltalanıb.

Ağır kəllə-beyin travması və çoxsaylı xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralının çoxlu miqdarda qan itirdiyi bildirilir.

Hadisəni törədən şəxs Yolçubəyli kənd sakini, 1976-cı il təvəllüdlü Mövsümov Seyidəli Rəsul oğlu polis tərəfindən saxlanılıb.

Xəsarət alan şəxs yanacaqdoldurma məntəqəsinin sahibidir. Onu vuran isə yeznəsinin qardaşıdır. Hadisə şahidlərinin bildirdiyinə görə, F.Məmmədov vurulan zaman qucağında uşaq olub.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

***

00:06

Sabirabad rayonunun Kürkədi kəndində baltalanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Yolçubəyli kənd sakini, 1982-ci il təvəllüdlü Məmmədov Fuad Abusalam oğlu qohumu tərəfindən başından baltalanlb.

Yaralı ağır kəllə-beyin travması və çoxsaylı xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR