• HADİSƏ

    21:46 2 noyabr 2019

Şəmkirdə avtomobil zərbəsi nəticəsində dünyasını dəyişən piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Şəmkirdə avtoqəza zamanı ölən piyadanın kimliyi müəyyən edilib.

APA-nın qərb bürosunun məlumatına görə, bu, 1956-cı il təvəllüdlü Hüseynov Rauf Hüseyn oğludur.

***

Saat 20:45

Şəmkirdə piyadanı avtomobil vurub.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun 412-ci kilometrliyində, rayonun Sabirkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Ford" markalı yük maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Daha sonra onun cəsədinin üstündən daha bir neçə nəqliyyat vasitəsi keçdiyindən tanınmaz hala düşüb.

Faktla bağlı araşdırmalar aparılır. Ölən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR