Şəmkirdə avtoqəza zamanı xəsarət alanların şəxsiyyəti məlum olub - [color=red]FOTO[/color] - [color=red]YENİLƏNİB[/color]
  • HADİSƏ

  • 00:10 12 İyul 2020

Şəmkirdə avtoqəza zamanı xəsarət alanların şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB

Şəmkirdə mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimlikləri məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, qəza zamanı xəsarət alanlar Qazax rayon sakini, 20 yaşlı Zeynəb Yolçiyeva, Tovuz rayon sakini, 30 yaşlı Xaliq Ələsgərov, Tovuz rayonunun Bayramlı kənd sakini, 1990-cı il təvəllüdlü Rəşad Əliyev xəsarətlə xəstəxanaya yerləşdirilib. Daha 3 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib. Xəstəxanaya yerləşdirilən 3 yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, avtoqəzaya səbəb mikroavtobusun sükanının qəfildən kilidə düşməsi olub.

***

Saat 20:05

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İrmaşlı kəndi yaxınlığında qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində xeyli sayda xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları və təcilli tibbi yardım briqadası cəlb olunub.

Fuad Nazimoğlu

Teqlər:

OXŞAR XƏBƏRLƏR