Sumqayıtda YDM-dəki yanğın zamanı mağaza və avtomobil yanıb - [color=red]FOTO[/color] - [color=red]YENİLƏNİB[/color]
  • HADİSƏ

  • 00:01 03 Noyabr 2019

Sumqayıtda YDM-dəki yanğın zamanı mağaza və avtomobil yanıb - FOTO - YENİLƏNİB

Sumqayıtda yanacaq doldurma məntəqəsində baş vermiş yanğın söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə YDM ərazisindəki avtomobil ehtiyat hissələri mağazasında baş verib.

Yanğın nəticəsində 50 kv/m sahədə bütün yanar konstruksiyalar və yaxınlıqda olan "Mercedes" markalı avtomobil qismən yanıb.

Yanğının qarşısı FHN-in yanğınsöndürənləri tərəfindən alınıb və yanacaq çənlərinə keçməsinə imkan verilməyib.

***

Saat 23:38

Sumqayıt şəhərində yanacaq doldurma məntəqəsində (YDM) yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə 17-ci mikrorayon İsmət Qayıbov küçəsində qeydə alınıb.

Hadisə yerinə FHN-in 5 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər görülür.

Ramil Zeynallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR