Tovuz sakininin bıçaqlanmasının səbəbi məlum olub - [color=red]YENİLƏNİB[/color]
  • HADİSƏ

  • 22:21 28 Aprel 2021

Tovuz sakininin bıçaqlanmasının səbəbi məlum olub - YENİLƏNİB

Tovuzda baş verən bıçaqlanmanın təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, tərəflər arasında domino oyunu zamanı mübahisə baş verib.

Qeyd edək ki, hadisə çayxanada qeydə alınıb.

***

20:40

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

1977-ci il təvəllüdlü Qasımov Rəhim Şəhriyar oğlu 1977-ci il təvəllüdlü Həsənov Şaban Şirin oğlu ilə mübahisə edib. Bu zaman Həsənov Şaban Qasımov Şəhriyara bıçaq xəsarəti yetirib. Şəhriyar isə Şabanı küt alətə xəsarət yetirib. 

Hər ikisi xəstəxanaya yerləşdirilib. 

Qasımov Şəhriyar əməliyyat olunub. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR