Xırdalanda partlayış zamanı dağılmış evlərin altından bir nəfərin meyiti çıxarılıb - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color] - [color=red]YENİLƏNİB-2[/color]
  • HADİSƏ

  • 00:24 26 Yanvar 2021

Xırdalanda partlayış zamanı dağılmış evlərin altından bir nəfərin meyiti çıxarılıb - FOTO - VİDEO - YENİLƏNİB-2

Abşeron rayonu XIrdalan şəhərində baş vermiş partlayış zamanı dağılmış evlərin altında qalan şəxslərin xilasetmə işləri davam etdirilir.

APA-nın məlumatına görə, dağıntılar altından bir nəfərin cansız bədəni çıxarılıb.

Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızının olduğu bildirilir.

***

Saat 21:25

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

APA xəbər verir ki, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

***

Saat 20:35

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, görülmüş operativ tədbirlər nəticəsində nazirliyin xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 3-ə çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

***

Saat 19:25

Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış olub.

APA-nın xəbərinə görə, hadisə Xırdalan şəhəri 27-ci məhəllədə baş verib.

Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb.  

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. FHN-dən APA-ya bildirib ki, iki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri uşaqdır. Dağıntılar altında qalanların olduğu ehtimal edilir. Axtarış-xilasetmə işləri davam edir.

Hadisənin səbəbləri dəqiqləşdirilir.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR