• HADİSƏ

    00:35 6 avqust 2019

Yol qəzasında 2 ölüb, 12 nəfər yaralanıb - SİYAHI

Suraxanıda ağır yol qəzası zamanı 9-u uşaq olmaqla, 14 nəfər yaralanıb, 1-i uşaq olmaqla, 2 nəfər ölüb.

APA xəbər verir ki, Hövsan-Türkan yolunda 2 avtomobil toqquşub.

Qəza nəticəsində yaralılardan 1 nəfər hadisə yerində, digər sərnişin isə xəstəxanada dünyasını dəyişib.

“Mercedes” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində yaralananlar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

3 saylı şəhər xəstəxanasına yerləşdirilən yaralılar:

1983-cü il təvəllüdlü Həşimov Natiq Bilal oğlu;
1987-ci il təvəllüdlü Fərziyeva Rahidə Eldar qızı;
1989-cu il təvəllüdlü Əsgərzadə Nübar Nurəddin qızı;
1989-cu il təvəllüdlü Xudaverdiyeva Kifayət Aydın qızı;
3 yaşlı Xudaverdiyev Kənan Əjdər oğlu;
5 yaşlı Xudaverdiyeva Leyla Əjdər qızı;
2 yaşlı Fərzizadə Rüqəyya;
12 yaşlı Fərzizadə Xeyrulla;
8 yaşlı Fərzizadə Hüseyn;
3 yaşlı Əsgərzadə Taleh;
7 yaşlı Əsgərzadə Nuray;
14 yaşlı İsrafilov Xəyal;
13 yaşlı Musayev Əli Laçın oğlu;
17 yaşlı Hidayət Bəhramov.

1979-cu il təvəllüdlü Xudaverdiyev Əjdər Firuz oğlu hadisə yerindəcə dünyasını dəyişib. 13 yaşlı Musayev Əli Laçın oğlu isə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR