• HADİSƏ

    01:56 20 avqust 2019

Avtoxuliqanlıq edən sürücü qəza törədərək hadisə yerindən qaçıb - FOTO - VİDEO

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

Yasamal rayon Dövlət Yol Polis Şöbəsindən APA-ya verilən məlumata görə, "NİVA" markalı avtomobil rayon ərazisində avtoxuliqanlıq edib.

Daha sonra o, yüksək sürətlə Nəriman Nərimanov heykəlinin yaxınlığında dönmə əməliyyatı edərkən idarəetməni itirib. Nəticə “NİVA” dairədə hərəkətdə olan Təbriz Məhərrəmova məxsus "Mercedes" markalı avtomobilə dəyib. Zərbənin gücündən "Mercedes" dairənin beton piltələrinə çırpılıb.

Qəza zamanı "Mercedes"də olan sərnişin xəsarət alıb. "NİVA"nın adı hələlik müəyyən edilməyən sürücüsü hadisə yerindən yayınıb.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR