• HADİSƏ

    18:10 14 oktyabr 2019

Azərbaycanın prokurorluq işçilərinə Avropa təcrübəsi öyrədilir

Baş Prokurorluğun müvafiq idarələrinin, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və Naxçıvan Muxtar Respublikası prokurorluqlarının əməkdaşlarının hüquqi statistika sahəsindəki biliklərinin artırılması və Avropa təcrübəsinin öyrənilməsi məqsədilə tədbir keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilən tədbirdə Avropa Statistika Bürosunun (Avrostat) hüquqi-statistika üzrə ekspertləri xanım Adriana Tetevenska və xanım Maria Giuseppina Muratore iştirak edir.

Səlcuq

Teqlər:

SON XƏBƏRLƏR