• HADİSƏ

    22:27 10 noyabr 2019

Bakıda avtomobil piyadanı vurub, sürücü hadisə yerindən yayınıb

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində baş verib.

1986-cı il təvəllüdlü Tanrıverdiyev Ayət Əliabbas oğlunu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə özəl xəstəxanaların birinə çatdırılıb. Qəzadan sonra sürücü hadisə yerindən yayınıb.

Fakt araşdırılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR