• HADİSƏ

    21:45 23 oktyabr 2019

Bakıda avtomobilin vurduğu piyadanın ayaqları amputasiya edilib

Bakının Xəzər rayonunda piyadanı avtomobil vurub.

APA-nın məlumatına görə, 1949-cu il təvəllüdlü Abdullayev Səxavət İbadulla oğlu Binə qəsəbəsi, Südçülük sovxozu yaşayış massivində avtomobilin zərbəsilə üzləşib.

Ağır xəsarət alan S.Abdullayev xəstəxanaya yerləşdirilib. Xəsarəti ağır olan yaralının hər iki ayağı amputasiya olunub.

Qəzanın təfərrüatları araşdırılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR