• HADİSƏ

    11:01 18 avqust 2019

Bakıda ev yanıb, 66 yaşlı qadın xilas edilib

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 10 m² sahədə yanıb.

ONA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə huşsuz vəziyyətdə aşkar olunan ev sahibi, 1953-cü il təvəllüdlü Yekavenko Nina Viktorovna yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

ONA

Teqlər:

SON XƏBƏRLƏR