• HADİSƏ

    02:14 2 mart 2021

Bakıda ikimərtəbəli bina yanıb

Bakının Sabunçu rayonunda ümumi sahəsi 460 m² olan ikimərtəbəli mansar tipli evin zirzəmisində 1 ədəd kondisioner, 1 ədəd televizor və 3 ədəd xalça yanıb.

APA FHN-in rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, yüksək temperaturdan divar 5 m² sahədə qarsalanıb və 2 ədəd elektrik sobası əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər xilas olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR