• HADİSƏ

    01:41 29 noyabr 2019

Bakıda qadın küçədə ürəyindən bıçaqlanaraq qətlə yetirilib - FOTO - VİDEO

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, təxminən 35-40 yaşlarında olan qadın Süleyman Sani Axundov küçəsindəki kafenin yaxınlığında bıçaqlanıb.

Qadına ümumilikdə 4 bıçaq zərbəsi vurulub. Zərbələrdən biri onun ürək nahiyəsinə tuş gəlib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisənin təfərrüatlarını Binəqədi polisi və prokurorluğun istintaqçıları araşdırır. Hadisənin motivi hələlik məlum deyil.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR