• HADİSƏ

    03:16 5 avqust 2020

Bakıda yaşayış binasında yanğın olub - FOTO

Bakının Yasamal rayonunda yaşayış binasında yanğın baş verib.

APA xəbər verir ki, hadisə Şərifzadə küçəsi 241 ünvanında qeydə alınıb.

9 mərtəbəli binanın elektrik şaxtasında tüstülənmə meydana gəlib. Daha sonra yanğın müşahidə olunub. Bina sakinləri təxliyə edilib. Yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən alınıb.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR