FHN: Bakıda baş verən yanğın sğndürülüb  - [color=red]FOTO[/color] - [color=red]YENİLƏNİB[/color]
  • HADİSƏ

  • 17:25 29 Noyabr 2020

FHN: Bakıda baş verən yanğın sğndürülüb - FOTO - YENİLƏNİB

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib. İlkin məlumata görə, yanğın təqribən 150 m² sahədə olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

 

Saat: 16:53 

 

Bakıda tikinti obyekti yanır.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində yerləşən yeni tikinti obyektində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

ONA

Teqlər: yanğın Bakı FHN

OXŞAR XƏBƏRLƏR