Erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan hərbçisi dəfn edilib
  • HADİSƏ

  • 12:08 25 Fevral 2020

Erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan hərbçisi dəfn edilib

Erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan hərbçisi dəfn edilib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhid İbrahim Vəliyev Zərdabın Gəlmə kənd qəbiristanlığında torpağa tapşırılıb. 

Dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin zabitləri, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər. 

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədiblər. Etmənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb. Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.

OXŞAR XƏBƏRLƏR