• HADİSƏ

    18:20 18 avqust 2019

FHN dağlıq ərazidə köməksiz qalan şəxsi xilas edib

Qəbələ rayonunda 1 nəfər dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb.

ONA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər vətəndaşı xərəklə dağlıq ərazidən düşürərək aidiyyəti üzrə təhvil veriblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR