• HADİSƏ

    23:10 3 avqust 2020

Gəncədə Xalça Kombinatının yataqxanasında qadın bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən Xalça Kombinatının yataqxanasında qeydə alınıb.

1964-cü il təvəllüdlü İbrahimova Zərəfşan Eldar qızı 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR