Goranboyda iki minik avtomobili toqquşub, 4 nəfər ağır yaralanıb - [color=red]YENİLƏNİB-`[/color] - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 18:40 10 Noyabr 2019

Goranboyda iki minik avtomobili toqquşub, 4 nəfər ağır yaralanıb - YENİLƏNİB-` - FOTO

Goranboyda ağır yol-nəqliyyat qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, qəzada ağır xəsarət alan Samux rayon sakinləri 1957-ci il təvəllüdlü Məmmədova Svetlana Yadulla qızı, 1990-cı il təvəllüdlü Məmmədov Hüseyn Nizami oğlu, 1982-ci il təvəllüdlü Məmmədova İlhamə Nizami qızı bir ailənin üzvləridir.

Qəza zamanı Şəmkir rayon sakini 1960-cı il təvəllüdlü Əliyeva Tamam Məmməd qızı da ağır xəsarət alıb.

***

saat 17.53

Goranboyda yol-nəqliyyat qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

“VAZ 21011” markalı minik avtomobili ilə toqquşan “Hyundai” markalı minik avtomobili aşıb. Qəza nəticəsində iki qadın, iki kişi ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR