• HADİSƏ

    00:00 3 mart 2021

Göyçayda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb - FOTO

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 22:30 radələrində Göyçay-Ucar yolunun Hüngütlü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ 2107" və " VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zərbənin təsirindən avtomobillərindən biri yoldan çıxaraq su arxına düşüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şahnəzər

Teqlər:

SON XƏBƏRLƏR