• HADİSƏ

    02:45 28 yanvar 2020

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonu, Nəvahi kəndi ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Toyota" markalı avtomobil yolu keçən piyadanı - Quba rayon sakini, 1962-ci il təvəllüdlü Yusifov Vahid Hacımurad oğlunu vuraraq öldürüb. Piyadanın meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR