• HADİSƏ

    23:01 15 sentyabr 2019

Qobustanda "Toyota" körpüdən aşıb, ölən və xəsarət alan var - FOTO

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 22:00 radələrində Qobustan rayonu ərazisində qeydə alınıb.

"Toyota" markalı minik avtomobili yoldan çıxıb və körpüdən aşıb, sürücü ölüb, sərnişini isə ağır xəsarət alıb. Hadisə yenicə baş verdiyi üçün ölən və yaralının adı hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər

Teqlər:

SON XƏBƏRLƏR