• HADİSƏ

    16:18 23 oktyabr 2019

Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib

Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.

ONA-nın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə R. Mehdiyev Azərbaycan Respublikasında dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Dövlət başçısı İlham Əliyev Azərbaycan Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilməsi haqqında fərman da imzalayıb.

Fərmana əsasən, Azərbaycan Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR