• HADİSƏ

    14:17 18 avqust 2019

Şirvanda binanın eyvanı uçub, 1 nəfər xəsarət alıb - FOTO

Bu gün Şirvan şəhəri, Nərimanov 9, mənzil 19 ünvanında yerləşən dördmərtəbəli binanın üçüncü mərtəbəsində eyvan uçub.

APA-nın yerli bürosunun məlumatına görə, eyvanın üzərində olan 1954-cü il təvəllüdlü Şirinova Lətifə Rəsul qızı uçqunun altında qalıb.

Hadisə nəticəsində L. Şirinova sınıq xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

L. Şirinovanın qızı, 1983-cü il təvəllüdlü Şirinova Yeganə Əkbər qızı Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsi tərəfindən xilas edilib.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR