• HADİSƏ

    02:04 8 avqust 2020

Tovuzda yol qəzasında 2 nəfər xəsarət alıb - FOTO


Tovuzda yol-nəqliyyat hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Əyyublu kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21011” markalı avtomobili naməlum avtomobil vurub qaçıb. Qəza zamanı 72 yaşlı İsa Əliyev və hələlik adı məlum olmayan daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR