Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndələri Azərbaycanda səfərdədir
  • HƏRBİ

  • 18:39 11 Yanvar 2021

Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndələri Azərbaycanda səfərdədir

Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Mücahid Anvar Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

ONA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir. Məlumata görə, Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları üzərinə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR