• HƏRBİ

    16:14 28 sentyabr 2020

Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib - VİDEO

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR