Azad edilmiş ərazilərimizdə partlamamış mərmilər, minaların zərərsizləşdirilməsi tədbirləri davam edir - [color=red]VİDEO[/color]
  • HƏRBİ

  • 18:17 24 Dekabr 2020

Azad edilmiş ərazilərimizdə partlamamış mərmilər, minaların zərərsizləşdirilməsi tədbirləri davam edir - VİDEO

Azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər görülür.

ONA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir. Məlumata görə, mühəndis Qoşunlarının bölmələri avtomobil və döyüş texnikasının kalonlarının təhlükəsiz hərəkəti üçün yolları bərpa edir və minalardan təmizləyir. Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra olunur. Eyni zamanda əkin sahələri də minalardan təmizlənərək orada ilk əkin işlərinə başlanılıb.

Bundan əlavə partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR