• HƏRBİ

    12:09 9 aprel 2021

Azad olunmuş ərazilərdə modul tipli yataqxanalar quraşdırılır - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, sosial-məişət şəraiti və qoşun xidmətinin təşkili ilə bağlı təxirəsalınmaz tədbirlər çərçivəsində modul tipli yataqxanaların quraşdırılması prosesi həyata keçirilir.

ONA xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, şəxsi heyətin səhra şəraitində kompakt yerləşdirilməsi üçün nəzərdə tutulan, müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilən bu modul tipli yataqxanalarda bütün infrastruktur yaradılıb. Elektrik, su və qaz xətləri çəkilən yataqxanalar tibb məntəqəsi, yeməkxana, mətbəx, silah otağı və hamam-sanitar qovşağı ilə təmin olunub.

Bu istiqamətdə müvafiq tədbirlər planlı şəkildə davam etdirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR