Azərbaycanın Müdafiə naziri ön xətdə xidmət edən hərbi qulluqçularla görüşüb - [color=red]VİDEO[/color]
  • HƏRBİ

  • 10:15 04 Mart 2020

Azərbaycanın Müdafiə naziri ön xətdə xidmət edən hərbi qulluqçularla görüşüb - VİDEO

Genişmiqyaslı komanda-qərargah təlimləri çərçivəsində Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yaradılmasının ildönümü qeyd edilən cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birinin ön xətt bölmələrində olublar.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayan Müdafiə naziri Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.
Sonda ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib və onlarla çay süfrəsi arxasında  söhbət aparılıb.

OXŞAR XƏBƏRLƏR